525.Az

Əvvəlki illərin məzunları üçün mayın 15-də II və III qruplar üzrə imtahan keçiriləcək


 

Əvvəlki illərin məzunları üçün mayın 15-də II və III qruplar üzrə imtahan keçiriləcək<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də 2016/2017-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan APA-ya verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytında müvafiq səhifəyə (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
 
Buraxılış vərəqəsi ilə yanaşı saytın müvafiq səhifəsində (https://eservices.tqdk.gov.az/brxvbak/yaddas_kitab.pdf) onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
 
TQDK-dan onu da bildiriblər ki, imtahanda 14 495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcək.
 





06.05.2016    çap et  çap et