525.Az

“Xocalıya ədalət” “Xocalıya ədalət”


 

“Xocalıya ədalət” “Xocalıya ədalət”<b style="color:red"></b>

Fevralın 25-də İsrailin paytaxtı Təl-Əvivdə 1992-ci ildə erməni faşistləri tərəfindən Xocalıda törədilmiş faciəli hadisələrin ildönümünə həsr olunmuş “Xocalıya ədalət” (“Justice for Khojaly”) mövzusunda fotosərgi keçiriləcək. 

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasından 525.az-a bildirilib ki, tədbirdə İsrail və Azərbaycan parlamentlərinin deputatları, İsrail Dövlətində akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, ictimai təşkilatların rəhbərləri, mətbuat təmsilçiləri iştirak edəcəklər. 

Fotosərgi Təl-Əviv Universitetindəki Yəhudi Diasporu Muzeyində (Beyt xa-Tfusot) təşkil ediləcək. 
Tədbirin proqramında sərginin açılışı, furşet, fəxri qonaqların çıxışı, Xocalı faciəsi haqqında filmin nümayişi nəzərdə tutulub.

GÜNEL

 





14.02.2013    çap et  çap et