525.Az

Bu, bir daha təkrar olunmamalıdır!..


 

Bu, bir daha təkrar olunmamalıdır!..

Yaddaşımın küncündən

...
Var da belə bir məsəlimiz: Zalım oğlu, göndərir məni gedər-gəlməzə, adımı da qoyur yarıtmaz.

 

Belədə bəlkə dözülməlidir bu məsəl: necə deyərlər, nədirsə odur. Ancaq çox vaxt bu məsəlin ifadə etdiyi vəziyyətin çıxılmazlığı adamı dəli eləyir: heç yana səsin çatır, ünün yetir.

 

Bu yaşımda çıxılmaz vəziyyətlərə az düşməmişəm, amma ümumən 1990- ilin 20 yanvarından sonrakı ilk günlərin həftələrin çıxılmazlığını heç ilə müqayisə eləyə bilmirəm. Bu, bəlkə onunla bağlıdır ki, “Dövlətin, hökumətin öz vətəndaşına güllə atacağı ağlabatan deyildüşüncəsi bizimfiloloji təfəkkürümüz (Aydın Məmmədov) dominant idi. Hərçənd ən elementar məntiqə görə, əgər üç yaşlı uşaq dolu tüfəngi götürüb atasına tuşlayarsa, şübhəsiz ki, alacağı, ən yaxşı halda, yağlı bir sillə olacaq onda da atanı kimsə qınamayacaq.

 

Biz hədsiz dərəcədə humanizm eyforiyasına uymuşduq buna görə aldığımız tərs sillənin təsiri altında uzun müddət sızlayıb-sıtqayıb bir yana çıxa bilmədik...

 

lll 

 

Kommunistin növbəti – 11 fevral 1990- il tarixli nömrəsini hazırlayırdıq. Axşamüstü redaksiyadakı işimi tamamlayıbKommunistnəşriyyatına yollanmaq ərəfəsində redaktor əvəzi Rəfail Nağıyev otağıma gəldi (bu onun köhnə şakəri idikonkret tapşırığı olan işçiləri yanına çağırmaz, özü onların yanına gedib işin gedişini öyrənərdi); nömrə ilə bağlı hansısa problemin olub-olmadığını soruşdu, hər şeyin qaydasında olduğunu biləndə:

 

Axşama özüm gələrəm mətbəəyə, – dedi, – hələ bəlkə vacib bir material da gətirdim...

 

Cümləsinin ikinci hissəsi diqqətimi çəkdi:

 

materialdı elə?

 

Heç vaxt sərt ifadə verə bilmədiyi sifətində, sadəcə, həmin günlər üçün hamıya xas olan bir ciddilik vardı:

 

Mitət Teymurovicin yanına gedirəm, deyirəm bəlkə ondan təzə bir şey qopara bildim...

 

Mitət Teymuroviçdeyəndə həmin anda o, akademik Midhət Teymur oğlu Abbasovu nəzərdə tuturdu. Bu məqamda Midhət Abbasov SSRİ xalq deputatı olaraq 1990- il 20 yanvar hadisələrini araşdıran deputat-istintaq komissiyasının sədriydi, SSRİ Ali Sovetinin növbəti sessiyasında iştirak etmək başçılıq elədiyi komissiyanın rəsmi yekun rəyi ilə ölkə (SSRİ) deputatlarını tanış etmək üçün gərək ki, elə bu axşam Moskvaya uçmalıydı. Bilirdim ki, Rəfail müəllimlə uzun illərin dostudurlar, bir-birilərinə ərk edirlər ilin-günün istənilən vaxtında qeyri-formal şəraitdə görüşləri baş tutur. Budəfəki görüşün təşəbbüsçüsünün kim olduğunu bilməsəm , güman ki, bu, qarşılıqlı bir maraqdan doğmuşdu.

 

...Təxminən axşam saat yeddi üçün Rəfail müəllim birbaşa mətbəəyə gəldi, əlində güman elədiyim vacib material yox ey, vacib materiallar: “Mitət Teymuroviçin imzaladığı 1990- il 20 yanvar hadisələrini araşdıran deputat-istintaq komissiyasının yekun rəyi həmin vaxt uzaqdan-uzağa politoloq kimi tanıdığım Eldar NamazovunBu, təkrar olunmamalıdır!” adlı yazısı.

 

Buradaca qəzetçiliklə bağlı bir məqamı qeyd etməliyəm: indiki, hətta tam məsuliyyətsizliyi ehtiva edən diffamasiya haqqında qanunun qəbul edilməsi üçün yaxa yırtılan zamandan, Əlinin papağının heç bir vicdan əzabı çəkmədən rahatlıqla Vəlinin başına qoyulduğu dövrdən fərqli olaraq bizim vaxtımızda, xüsusən respublikanın rəsmən 1 nömrəli qəzetində geniş ictimai-siyasi məna yükünə malik hansısa hadisə barədə sərbəstcəsinə nəsə yazıb çap etdirmək, sadəcə, mümkün deyildibunun girovu partiya üzvlük biletin tutduğun vəzifə idi: birdəfəlik hər ikisindən məhrum olubbomja çevrilə bilərdin...

 

Başqa sözlə, ən xırda bir mətn müvafiq instansiyalarda razılaşdırılmaqla, rəsmi informasiya agentliyi vasitəsilə redaksiyaya daxil olmalı idi sən qəzet(çi) olaraq aldığın mətnin nöqtə-vergülünə əl vurmadan onu bəzən hətta qeyd olunan səhifədə verməli idin.

 

Bu, adi günlərin qaydası idi, indi isə üstəlik, respublikada fövqəladə vəziyyət hökm sürürdü həyat, fəaliyyət qaydalarını daonlar” – hərbçilər müəyyən edirdilər, “onlarisə, həmin dövrdə Nəsimi rayonunun hərbi komendantı, məşhur avantürist sovet-rus generalı Aleksandr Lebedin mənə birbaşa dediyi kimi, “naplevali na naşu SeKa, na naşu qazetu i na nas v selom”.

 

Bax, belə bir vəziyyətdə Rəfail müəllim yoldaşyana münasibətindən istifadə edərək çap olunmaq üçün Midhət Abbasovdan deputat-istintaq qrupunun rəyinin bir nüsxəsini onun bir növ şərhi olan Eldar Namazovun məqaləsini əldə etmişdi.

 

Deputat-istintaq qrupunun rəyi makina yazısı idi, onu problemsiz linotipçiyə, yığılmağa verdik, məqaləni isə Rəfail müəllim oturub vərəq-vərəq tərcümə elədi (yazı-pozu işindərusskoyazıçnıolan müəllif, şübhəsiz ki, məqaləni rus dilində yazmışdı), mətbəənin sayılıb-seçilən linotipçilərindən olan Niftalı, adətən, yığılmaq üçün əlyazma halında bir cümlə qəbul etmədiyi halda tərcüməni əlyazmasından yığdı, kifayət qədər əziyyət bahasına olsa da, hər iki materialı səhifələrdədeputat-istintaq komissiyasının rəyini rəsmi sənəd kimi 1-ci səhifədə, Eldar Namazovun məqaləsini isə hərbi senzorun gözünə girməməsi üçün içəri, 2-ci səhifədə yerləşdirdik.

 

Rəfail müəllimin tövsiyə-göstərişi iləBakinski raboçiqəzetinin redaktor əvəzi İbrahim Şükürov da, tərcümə prosesi istisna olunmaqla, eyni işləri gördü qəzet səhifələri çapa icazə alınması üçün nəşriyyat direktorunun otağında lövbər salmış hərbi senzor general Aleksandrova təqdim olundu.

 

burada ilişdik. Senzor nəinki materialların çapına icazə vermədi, üstəlik, bu işin təşkilatçısı, “təxribatçıRəfail Nağıyevə daha 30 sutka həbs elan elədi (birinci dəfə o, məşhur sovet kino rejissoru aktyoru Stanislav Qovoruxinin 20 yanvar qırğını barədəMoskovskiye novostiqəzetində dərc olunmuş yazısınıKommunist Azərbaycan dilində çap etdirmək istəməsinə görə 30 sutka almışdı).

 

Deputat-istintaq qrupunun rəyi qəzetin sonrakı nömrələrindən birində, yolunmuş, yəni hərbi senzorun qayçısından çıxmış halda çap olundu, Eldar Namazovun məqaləsi isə 1992-ci ilin yanvarında çıxmışMən şahidəm ki...” kitabımda verilib. Operativ sənəd kimi yox, tarix üçün:

 

Yanvarın 20- Bakıda baş vermiş faciəli hadisələr haqqında vaxtsa kitablar, xatirələr yazılacaq. İndi, bu vəziyyətdən (adam heç bilmir onu neçə adlandırsınruhi sarsıntımı, süstlükmü, yaxud qeyzmi) yavaş-yavaş yenicə çıxmağa başladığımız bir vaxtda isə şəhərimizdə baş verdiyi barədə soyuqqanlıqla təmkinli mülahizələr yürütməyə hətta xırdaca cəhd göstərmək belə mümkün deyil. Bu faciə təkcə Bakıda başqa şəhərlərdə, böyük qəsəbələrdə kiçik dağ kəndlərində yaşayan milyonlarla adamın bu yaxınlarda Şəhidlər Xiyabanına, son mənzilə yola saldığı adamların başına gəlməmişdir. Bu, təkcə klinikalarda həkimlərin gecə-gündüz çalışıb həyata qaytarmaq istədikləri adamların başına gəlməmişdir. Yanvarın 20- Bakıda baş verən faciə bütün ölkənin, bizim inamımızın, ümidlərimizin gələcəyimizin başına gəlmişdir. Bu, azərbaycanlıların rusların, estonların gürcülərin qəzavü-qədəridir...”.

 

Bu tipli publisistik girişdən sonra müəllif beş mühüm sual qoyur SSRİ rəhbərliyindən onları cavablandırmağı Azərbaycan xalqı adından tələb edirdi.

 

Kifayət qədər irihəcmli yazı bu kəlmələrlə bitirdi: “Məncə, təcili surətdə SSRİ Ali Sovetinin fövqəladə sessiyasını çağırmaq... onun gündəliyinə Bakı faciəsi haqqında məsələ daxil etmək lazımdır. Alma-Atada (o vaxt bu şəhər belə adlanırdıŞ.Y.), Tbilisidə, indi isə daha geniş miqyasda Bakıda baş vermiş hadisələr bir heç yerdə təkrar olunmamalıdır”.

 

Həqiqətən bu, bir daha təkrar olunmamalıdır!..

 

Fevral 1990 – sentyabr 2012
 





25.09.2012    çap et  çap et