525.Az

Ən etibarlı avtomobillərin reytinqi


 

Ən etibarlı avtomobillərin<b style="color:red"> reytinqi</b>

 ABŞ-ın «Y.D. Power and Associates» şirkəti ən etibarlı avtomobillərin reytinqini tərtib edib.


"APA-Economics"-in məlumatına görə, amerikalı tədqiqatçılar 2012-ci ildə 2010-cu ilin istehsalı olan 100 avtomobil modelinin sürücülərinin servisə müraciətlərini təhlil ediblər. Reytinq 37 min sürücü arasında aparılan sorğu nəticəsində tərtib olunub.

 

Təhlil göstərib ki, ABŞ-da 2012-ci ildə ən etibarlı avtomobil «Lexus» olub. Ötən il 100 ədəd bu avtomobil brendində 71 sıradançıxma qeydə alınıb. Siyahıda ikinci yerdə «Porsche» qərarlaşıb – 100 avtomobilin 94-ü servisə sınıqla müraciət edib. Üçüncü yeri isə «Lincoln» və «Toyota» bölüşdürüb. Mütəxəssislər 100 ədəd bu avtomobillərin 112 dəfə sıradan çıxmasını qeydə alıb.

 

Ən etibarsız avtomobil adını isə «Land Rover» alıb. Belə ki, siyahıda sonuncu yerdə qərarlaşan «Land Rover» sahiblərin 100-ü 220 dəfə servisə müraciət edib.

 

«J.D. Power and Associates» şirkətinin etibarlılıq reytinqi

 

Avtomobil

100 avtomobilin servisə müraciətlərinin sayı

Avtomobil

100 avtomobilin servisə müraciətlərinin sayı

Lexus

71

GMC

134

Porsche

94

Scion

135

Lincoln

112

Nissan

137

Toyota

112

Infiniti

138

Mercedes-Benz

115

Kia

140

Buick

118

Hyundai

141

Honda

119

Audi

147

Acura

120

Volvo

149

Ram

122

MINI

150

Suzuki

122

Chrysler

153

Mazda

124

Jaguar

164

Chevrolet

125

Volkswagen

174

Ford

127

Jeep

178

Cadillac

128

Mitsubishi

178

Subaru

132

Dodge

190

BMW

133

Land Rover

220

 

 

 





15.02.2013    çap et  çap et