525.Az

Serbiyada ölkə rəhbərlərinə sui-qəsd planı iddiası


 

Serbiyada ölkə rəhbərlərinə sui-qəsd planı iddiası<b style="color:red"></b>

Serbiyada prezident və baş nazir sui-qəsd hazırlandığı iddia edilib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, bəzi terror təşkilatları prezident Tomislav Nikoliç və baş nazir İvitsa Daçiçin səyahətlərində istifadə etdikləri təyyarəylə bağlı sabotaj planı hazırlayıblar. Bu plan təyyarənin havaya qalxdıqdan qısa müddət sonra düşürülməsini nəzərdə tuturmuş.

Açıqlamada bu təşəbbüsün nə vaxt olduğuna dair hər hansı məlumat verilməyib. Baş nazir İvitsa Daçiçin isə sözügedən təyyarəylə İrlandiyadan Belqrada qayıtdığı məlum olub.

 





15.02.2013    çap et  çap et