525.Az

Salman Qəmbərov Budapeştdəki konsertini Ümummilli liderə həsr edib


 

Salman Qəmbərov Budapeştdəki konsertini Ümummilli liderə həsr edib<b style="color:red"></b>

Azərbaycanın tanınmış caz ustası Salman Qəmbərov Budapeştin populyar musiqi mərkəzlərindən biri sayılan "Budapeşt Jazz Club"da konsert proqramı ilə çıxış edib. O, Budapeştə Azərbaycanın Macarıstandakı səfirliyinin və ölkədə populyar olan "Jaba" caz qrupunun dəvəti ilə gəlib.

Konsertdən əvvəl çıxış edən qrupun meneceri Atilla Egerhazi bir neçə il əvvəl Bakı caz festivalında iştiraklarını məmnunluq hissi ilə xatırlayaraq Azərbaycan cazının böyük tarixinin və diqqətəlayiq yaradıcılıq ənənələrinin olduğunu vurğulayıb. O, indiyə qədər ölkəmizin caz ustaları ilə bir sıra birgə layihələrin həyata keçirildiyini və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Bir sıra xarici ölkə səfirlərinin, macar ictimaiyyəti nümayəndələrinin maraqla izlədikləri konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.

İki saatdan çox davam edən ikihissəli konsertin birinci hissəsində Salman Qəmbərov əsasən Azərbaycan xalq musiqilərini və populyar mahnıların caz variasiyalarını ifa edib. Solo çıxış böyük maraqla qarşılanıb və caz həvəskarlarının alqışları ilə qarşılanıb.

İkinci hissədə isə Azərbaycan-macar triosu (Salman Qəmbərov, Silard Banai və Gergo Olah) dünya bəstəkarlarının əsərlərini, habelə ayrı-ayrı klassik caz musiqisinin nümunələrini səsləndiriblər.

Macar mətbuatı Salman Qəmbərovun ifa tərzini yüksək qiymətləndirərək onu "intellektual caz"ın mahir ifaçılarından biri adlandırıb.

 





11.05.2016    çap et  çap et