525.Az

"Çöl Qala" kitabının təqdimatı olub


 

"Çöl Qala" kitabının təqdimatı olub<b style="color:red"></b>

Yazıçı-publisist Vahid Qazinin "Çöl Qala" adlı povesti oxuculara təqdim olunub.

İçərişəhərdəki məşhur kitab mağazasının önündə keçirilən "Qız Qalasında Çöl Qala" adlı təqdimatı Vahid Qazinin dostları təşkil ediblər.

Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır.
 
Kitabın arxa səhifəsində İradə Musayeva və Tehran Əlişanoğlunun əsər və müəllif haqda fikirləri yer alıb.

Təqdimatda yazarın dostları - İlham İsmayıl, Mehriban Vəzir, Qulu Məhərrəmli, İradə Musayeva, Gülnar Mənsimli, Vüsalə Məmmədova, İlqar Rəsul, Zöhrab Əmirxanlı çıxış edib, müəllif və əsər haqda fikirlərini bölüşüblər.

 





11.05.2016    çap et  çap et