525.Az

Gözdən əlillər üçün yaşayış binası tikiləcək (FOTO)


 

Gözdən əlillər üçün yaşayış binası tikiləcək <b style="color:red">(FOTO)</b> Gözdən əlillərin sosial reabilitasiya işinin daha dolğun və səmərəli şəkildə təmin edilməsi üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, Mərkəz 4 mərtəbədən ibarət olmaqla, digər yardımçı korpuslara (idman zalı, hovuz, konfrans zalı və s.) malik olacaq və burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.

Qeyd edək ki, hazırda Bakının Nərimanov rayonunda bu təbəqədən olan vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir.

Qeyd olunan mərkəzin və yaşayış binasının tikintisi cari ildə yekunlaşacaq.



 





15.02.2013    çap et  çap et