525.Az

Turizm Universitetinin nümayəndə heyəti əsgərlərlə görüş keçirib


 

Turizm Universitetinin nümayəndə heyəti əsgərlərlə görüş keçirib<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi ilə Müdafiə Nazirliyi arasında razılaşmaya əsasən Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri Şəmkirdə “N” saylı hərbi hissədə olublar.

Universitetdən verilən məlumata görə,öncə universitetin Elmi katibi Məhərrəm Zülfüqarlı və "Turizm və qonaqpərvərlik" fakültəsinin dekan müavini Anar Fərmayılov hərbi hissənin zabit və əsgərləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra hərbi hissənin akt zalında keçirilmiş toplantıda universitet nümayəndələri hərbi hissənin zabit və əsgərləri qarşısında vətənpərvərlik mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi, müxtəlif dövrlərdə xalqımızın işğalçılara qarşı mərdliklə mübarizə salnaməsi, ümummilli lider H. Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətləri, Dağlıq Qarabağ probleminin həlli yolları, bu ilin aprel ayında ordumuzun şanlı qələbələri və s. məsələlər barədə geniş məlumat verilib.

Tədbirin sonunda hərbi şəhərcikdə təşkil olunmuş ağac əkmə mərasimində M. Zülfüqarlı və A. Fərmayılov əsgərlərlə birlikdə ağaclar əkiblər. Gələcəkdə ATMU daha geniş tərkibdə bu cür görüşləri davam etdirməsini planlaşdırır.

Vəfa MƏMMƏDLİ

 





12.05.2016    çap et  çap et