525.Az

10 ay ərzində Azərbaycandan İrana 600 min nəfər yola düşüb


 

10 ay ərzində Azərbaycandan İrana 600 min nəfər yola düşüb<b style="color:red"></b> Son 10 ay ərzində (İranda il martın 20-dən başlayır) Azərbaycan-İran sərhədini Biləsuvardan İran istiqamətindəki sərhəd-buraxılış məntəqəsi vasitəsilə 600 minə yaxın insan keçib.
 
Trend-in məlumatına görə, bu barədə cümə günü IRNA agentliyi Biləsuvardakı İran sərhəd-buraxılış məntəqəsinin başçısı Əhəd Məhəmmədiyə istinadən məlumat verir.

Məhəmmədi jurnalistlərə deyib ki, bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Onun sözlərinə görə, hər gün orta hesabla 1300 nəfər Azərbaycandan bu məntəqə ilə sərhədi keçir.
Məhəmmədi bildirib ki, insanların əksəriyyəti müalicə və ərzaq məhsulları almaq məqsədilə sərhədi keçir.
 





15.02.2013    çap et  çap et