525.Az

"Twitter"də təhdidə görə ilk həbs cəzası


 

"Twitter"də təhdidə görə ilk həbs cəzası<b style="color:red"></b>

İstanbuldakı 18-ci Sülh Cəza Məhkəməsi ''twitter''də maneken Nilay Dorsanı təhdid edən bir nəfərin haqqında 5 ay həbs qərarı verib.
 
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sözügedən şəxs eyni zamanda manekeni təhqir etdiyi üçün də 1500 lirə pul cəzasına layiq görülüb.

Bu, Türkiyədə "twitter"dəki təhdid və təhqir ittihamlarıyla bağlı həbs cəzası verilən ilk işdir.

Məhkəmə başa çatdıqdan sonra Nilay Dorsanın vəkili Ömər Turanlı mediaya açıqlama verərək sosial mediada insanların kimsəni təhqir və ya təhdid etmək haqqının olmadığını söyləyib: "Ümid edirəm ki, bu günkü həbs qərarı "twitter" üzərindən insanları təhqir və təhdid edən insanlara nümunə olar. Məhkəmənin qərarı sosial mediada həqarətə məruz qalanlara yol göstərəcək cəsur və doğru qərardır. Belə qərarlarla hüququ pozulan insanlar yalnız olmadıqlarını anlayırlar".

 





15.02.2013    çap et  çap et