525.Az

Beren Saatın yeni serialı


 

Beren Saatın yeni serialı Beren Saat "Fatmagülün suçu ne?" serialından sonra yenidən ekranlara dönür.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktrisa bu dəfə dünya şöhrətli bir layihə ilə geri dönür. Aleksanr Dümanın "Qraf Monte Kristo" romanı əsasında yazılan ssenarilərdən biri olan "Reveng"in Türkiyə variantının çəkiləcəyi gözlənilir.

"Ezel" serialı da eyni romandan təsirlənsə də, orda baş rolda kişi aktyor çəkilib. Amerikanın ən çox sevilən "Reveng" serialında isə baş rolda qadın qəhrəmandır.

Atasına və özünə tələ quranlardan intiqam alacaq bir qadın rolunu isə serialın Türkiyə variantında Beren Saata həvalə ediləcəyi deyilir. Serialın Kanal D ekranlarında yanvar ayından etibarən yayımlanacağı gözlənilir.
 





25.09.2012    çap et  çap et