525.Az

Ali güləş qurumunun prezidenti istefaya göndərildi


 

Ali güləş qurumunun prezidenti istefaya göndərildi<b style="color:red"></b> Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti istefaya göndərilib.

Lent.az-ın məlumatına görə, bu barədə “R-Sport”a Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlama verib.
 
O bildirib ki, belə bir qərar FİLA Bürosunun Tailandda keçirilən toplantısında qəbul edilib. Ötən gün Büronun fövqəladə iclasında Martinettinin istefa məsələsi qaldırılıb. İdarə heyəti FİLA-nın prezidentinə etimad göstərməyib. Nəticədə qurumun rəhbəri postundan gedib.
 
FİLA-nın Bürosunda 22 şəxs yer alıb. Onlardan 1-i Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevdir. Hazırda Büro iclasında Əliyev də iştirak edir.
 
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınan 25 əsas idman növü arasında güləşin dəstəklənməməsi barədə qərar qəbul edib. Güləş növü mövqeyini qorumaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq. Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.
 





16.02.2013    çap et  çap et