525.Az

Bakıda 16 yaşlı qız parkda sevgilisini bıçaqladı


 

Bakıda 16 yaşlı qız parkda sevgilisini bıçaqladı<b style="color:red"></b> Bakı şəhərinin Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsrəddin Tusi küçəsindəki parkda 16 yaşlı qız H.C tanışı 20 yaşlı Elnur İbrahimovu bıçaqlayıb. Gənc oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Verilən məlumata görə, 16 yaşlı qızla E.İbrahimov arasında sevgi münasibətləri olub. Bıçaqlanmanın da sevgililər arasında baş vermiş narazılıq səbəbi ilə baş verdiyi ehtimal edilir.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 





16.02.2013    çap et  çap et