525.Az

Türkiyənin nəhəng qəzeti Axşam.az-a müraciət etdi (Foto)


 

Türkiyənin nəhəng qəzeti Axşam.az-a müraciət etdi <b style="color:red">(Foto)</b>

Yarandığı ilk gündən Axşam.az saytının xəbərləri yerli medianın diqqətini çəkib.

Azərbaycanın müxtəlif media orqanlarında tez-tez Axşam.az-a istinadla xəbərlərə rast gəlmək olar.
Artıq saytımızın yazıları Azərbaycan deyil, Türkiyə mediasının da diqqətini çəkib. Bu ölkənin ən böyük qəzetlərindən sayılan “Sabah” qəzeti son saylarından birində Axşam.az-da müğənni İradə İbrahimovanın qardaş ölkədəki fəaliyyətinə həsr olunmuş yazısından istifadə edib.

Qəzetin Axşam.az saytına istinadla yaydığı məlumatda müğənni Gülşən və Murad Dalkılıçın azərbaycanlı sənətçiylə işbirliyinə başladığı bildirilib.

Xəbərdə bəstəkar Ozan Çolakoğlunun studiyasında bir araya gələn müğənnilərin saytımıza istinadən fotoları da yayımlanıb.

 





16.02.2013    çap et  çap et