525.Az

"İçərişəhər Azərbaycan tarixində" əsəri ictimai müzakirədə


 

"İçərişəhər Azərbaycan tarixində" əsəri ictimai müzakirədə<b style="color:red"></b>

Ötən gün Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim edilən nəşrlərdən birinin – AMEA Memarlıq və İncəsənət İnstitutunun müəllif kollektivi tərəfindən yazılmış "İçərişəhər Azərbaycan tarixində" adlı əsərin ictimai müzakirəsi keçirilib.

Muzey əməkdaşlarının, tanınmış sənət adamlarının iştirak etdiyi müzakirə ictimai rəy sorğusu xarakteri daşıyıb.

Müzakirəni giriş sözü ilə Muzeyin direktoru Çingiz Fərzəliyev açıb.

O, kitabı xarakterizə edərək toplaşanlardan fikir bildirməsini xahiş edib.

Daha sonra muzeyin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev sözügedən kitabın dəyərli tədqiqat əsəri olduğunu bildirərək onun dövlət mükafatına təqdim edilməsi təşəbbüsünü dəstəklədiyini bildirib.

Muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova və başqaları kitabın onlarda zəngin təəssürat oyatdığını, ciddi elmi tutuma malik olduğunu vurğulayıblar.

Qeyd edilib ki, geniş oxucu kütləsinə ünvanlanmış kitabdan müxtəlif məqsədlərlə, o cümlədən, elmi-tədqiqat, maarif və tədris məqsədlərilə istifadə edilə bilər.

Çıxış edənlər kitabın dövlət mükafatına təqdim olunması təşəbbüsünü müdafiə etdiklərini bildiriblər.

 





18.05.2016    çap et  çap et