525.Az

Elçin Quliyev Ağstafa, Qazax, Samux, Tovuz və Şəmkir sakinlərini qəbul edib


 

Elçin Quliyev Ağstafa, Qazax, Samux, Tovuz və Şəmkir sakinlərini qəbul edib<b style="color:red"></b> Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev mayın 19-da Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux, Tovuz və Şəmkir rayonlarının sakinlərini qəbul edib.
 
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Müraciətlərin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunub. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
 





19.05.2016    çap et  çap et