525.Az

Qəşəm Nəcəfzadə ilə iki görüş


 

Qəşəm Nəcəfzadə ilə iki görüş<b style="color:red"></b>

Şabran rayonundakı "Xaqani" Poeziya evində tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş olub.

Görüşü şair Aybəniz Əliyar açaraq Q.Nəcəfzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra şair haqqında kiçik film göstərilib. Oxucuların suallarını cavablandıran, yeni şeirlərini oxuyan Qəşəm Nəcəfzadə həm Şabrandan, həm də qonşu rayonlardan olan şairlərin şeirlərini dinləyib, fikirlərini bildirib.

Qafqaz Universitetində keçirilən görüşdə isə AYB-nin əməkdaşı Nuranə Nur şairin son dövr yaradıcılığından danışın, şeirlərindən nümunələr söyləyib. Şairlər Sərvaz Hüseynoğlu, Məlahət Yusifqızı, Ətraf Sərraf, Cavanşir Əsgər, Etibar Vəliyev şairin yaradıcılığında müasirlik və müasirliyin yaşadığımız həyatla bağlılığından söhbət açıblar.

Sonra söz tələbələrə verilib. Tələbələr arasında öz şeirlərini oxuyanlar da olub. Şair həmin şeirlər haqqında fikirlərini söyləyib.

Tədbirin sonunda Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri professor Akif Hüseynov şairin oxuduğu şeirlərdə maraqlı məqamları qeyd edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

 





19.05.2016    çap et  çap et