525.Az

Hava yağıntılı olacaq


 

Hava yağıntılı olacaq  <b style="color:red"></b>

Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 5-9, gecə 3-5 dərəcə isti təşkil edəcək.
 
Fevralın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında fevralın 19-20-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 6-11, gecə 1-5 dərəcə isti, dağlıq rayonlarda isə gündüz 2-6 dərəcə isti, gecə 3-8 dərəcə şaxta olacaq.
 
Fevralın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





18.02.2013    çap et  çap et