525.Az

Cənubi Qafqazın radiasiya təhdidləri


 

Cənubi Qafqazın radiasiya təhdidləri<b style="color:red"></b>

Son günlər Ermənistanın Metsamor atom elektrik stansiyasındakı təhlükələr haqqında elektron mediada müzakirələrin aparılması və ümumilikdə bu sahəyə diqqətin artırılması müsbət haldır.

Heç olmasa belə təhlükəli obyektlə bağlı gec də olsa problem ictimailəşir. Bəzən telekanallar, media çox mənasız mövzularla gündəmi zəbt edərək bu tipli məsələlərə yer ayırmaq istəmirlər. Yalnız hər hansı bir xoşagəlməz hadisə baş verəndən sonra belə problemə diqqət artır.

Əlqərəz, Cənubi Qafqazın radiasiya soyqırımı olan Metsamor və ümumilikdə bu problemlər ətrafında bəzi məqamlara nəzər salmaq istərdim. 2011-ci ilin martın 11-də Yaponiya hadisələri, "Fukusima 1" atom elektrik stansiyasındakı qəzalar dünyada nüvə texnologiyalarının idarə olunmasına ciddi münasibət yaratsa da, görünür, dünya dövlətləri bundan yetərli nəticə çıxarmayıb. Hərçənd ki, Yaponiyadakı həmin "Fukusima 1" atom elektrik stansiyasındakı avadanlıqlar bütün parametrlərinə görə, digər ölkələrlə müqayisədə tam yeni nəsil texnologiyası sayılırdı. Lakin həmin qəzanın ağır nəticələri oldu.

Fukusima prefekturasında radiasiya zonasından 100 mindən artıq sakin evakuasiya olunmuşdu. Bu radiasiyanın insan sağlamlığında ağır fəsadları yəqin ki özünü göstərdi. Müasir yapon texnologiyası əsasında yaradılan "Fukusima 1" stansiyası bu qədər təhlükəli olduğu halda görün, sınıq-salxaq Sovet texnologiyası ilə tikilən Ermənistanın Metsamor AES-i nə gündədir?

Bütün narahatlığa baxmayaraq, Ermənistan rəhbərliyi öz işindədir. Bundan artığını onlardan gözləmək düzgün deyil. Bunu anlamaq o qədər çətin olmaz.

Amerikalı ekspert Ceyms Moranın Ermənistanın Metsamor atom elektrik stansiyasına münasibəti diqqəti cəlb edir. Onun fikrincə, "2011-ci il martın 11-də baş verən zəlzələ və sunami fəlakətindən sonra Yaponiyanın "Fukusima" atom elektrik stansiyasında yaşanan dramatik hadisələr nüvə enerjisinin bütün dünya üçün nə qədər təhlükəli olduğunu göstərib. Ermənistanın Metsamor stansiyası Sovet dövründən qalıb və təhlükəsizliyi indiki standartlarına cavab vermir".

Məlum məsələdir ki, Metsamorda hər hansı partlayışdan nə okeanın o tayındakı Amerika, nə də Avropa zərər çəkəcək. Burada daha çox ziyan çəkəcək yaxın və qonşu ölkələrin əhalisi olacaq. Ona görə də bu məsələlər daha çox diqqətdə saxlanmalıdır, müxtəlif aksiyalar keçirilməlidir. Nəhayət erməni də erməni xislətindən əl çəkib, bu stansiyanın aqibəti haqqında fikirləşməlidir. Əks təqdirdə dünyanın və Cənubi Qafqazın radiasiya soyqırımlarının statistikası mütəmadi olaraq qeyd olunacaq.

Digər tərəfdən daha bir təhlükəli tendensiya mövcuddur. Bu da ondan ibarətdir ki, dünyada mövcud olan terror təşkilatları nüvə silahı əldə etmək istəyir. Ermənistanda  radioaktiv maddələrin nəinki düzgün idarə olunmaması, hətta onların satışa çıxarılması terror təşkilatlarının istəyini daha tez reallaşdırmağa təkan verə bilər. Bunu təsdiqləyəcək məqamlar çoxdur.

APA-nın Ermənistanın Metsamor AES-i və ümumilikdə radioaktiv maddələrin satışı ilə məşğul olan erməni mənşəli şəxslər barəsində yaydığı məlumatlar bu faktları bir daha təsdiqləyir. Bu gün heç şübhəsiz ki, nəzarətsiz zona olan Dağlıq Qarabağda və digər işğal olunmuş rayonların ərazisində terrorçu qrupların fəaliyyəti üçün imkanlar genişdir. Bu imkanlar radioaktiv maddələrin satışını və terror təşkilatlarının nüvə silahı əldə etməsinə təkan verir.

Onu da unutmaq lazım deyil ki, Metsamor yalnız Azərbaycanın problemi deyil. Orada hər hansı partlayış və yaxud zəlzələnin baş verməsi nəticəsində baş verəcək fəlakət ilk növbədə Ermənistanın və orada yaşayan əhalinin fəlakətidir. Nəhayət Ermənistanla qonşu olan ölkələr də öz əhalisi haqqında düşünməlidirlər. Burada heç bir dövlətin ərazisi radiasiya təhdidlərindən sığortalanmayıb. Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Mənə belə gəlir ki, burada ən böyük təhlükə erməninin xəstə təfəkkürüdür. Bu gün Avropa məkanında sərhədlər aradan qalxır. Həmin ölkələrdə yaşayan ən sıravi vətəndaşın da təfəkküründə ətraf aləmə sayğı, doğma münasibət var. Təəssüf ki, sivil yaşam tərzindən məhrum olan ermənidə və onların rəhbərliyində bu təfəkkür yoxdur.

 





19.05.2016    çap et  çap et