525.Az

Peykimiz orbitə sabah çatacaq


 

Peykimiz orbitə sabah çatacaq<b style="color:red"></b> “Azerspace-1”-in günəş panelləri açılıb, reflektorları işə düşüb
 
“Azerspace-1” peykinin təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatması 19 fevral tarixinə planlaşdırılır. “Azərkosmos” ASC-dən Lent.az-a verilən məlumata görə, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb.
 
Fevralın 19-dan sonra təqribən martın əvvəlinə kimi peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq “Azərkosmos” ASC-yə təhvil veriləcək. Peykin idarəsi “Azərkosmos” ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən “Azərkosmos” ASC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.   
 





18.02.2013    çap et  çap et