525.Az

Rəsul Rza mükafatları yeni laureatlara təqdim edildi - Fotoreportaj


 

Rəsul Rza mükafatları yeni laureatlara təqdim edildi - <b style="color:red">Fotoreportaj</b>

Mayın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Rəsul Rza adına mükafatların təqdimat mərasimi keçirilib.

Tədbiri AYB-nin birinci katibi, Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun prezidenti, Xalq şairi Fikrət Qoca açıb:

"Bu gün bizim böyük şairimiz Rəsul Rzanın doğum günüdür. Bu gün həm də poeziya bayramıdır.

Ədəbiyyatın inkişafında rol oynayan qələm adamlarına bu mükafatın təqdim edilməsi şairin xatirəsinin əlamətdar bir bayram olduğunu, sözün, ədəbiyyatın təntənəsini göstərir".

Yazıçı-tərcüməçi Kamran Nəzirli Rəsul Rza şəxsiyyəti, yaradıcılığı barədə düşüncələrini bölüşüb:
 
"Çox az sənətkar və şəxsiyyətlər olur ki, ədəbiyyata, millətə, mədəniyyətə, vətənə namusla, vicdanla, təmənnasız xidmət edirlər. Belə sənətkar və şəxsiyyətlərdən biri də unudulmaz Rəsul Rzadır".

Filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli şairin poeziyamızdakı rolundan danışıb:
 
"Ölməz şairimiz Rəsul Rza məhz o şəxsiyyətlərdəndir ki, xüsusi məktəb yaratmış, ədəbiyyatın və millətin taleyində mühüm rol oynamışdır. Rəsul Rzanın şeirləri hələ Sovet dövründə, totalitar rejimin tüğyan etdiyi vaxtlarda hətta şeirin oxunmadığı ölkələrdə, imperiyanın hüdudlarından kənarda belə dəfələrlə nəşr olunurdu".

Daha sonra Fondun prezidenti F.Qoca builki mükafatçıların adlarını açıqlayıb. Mükafat Kamran Nəzirli, Xəzangül, Etibar Etibarlı, Gülayə, Nəzakət, Əlizadə Əsgərli, Məmməd Tahir, Təranə Turan Rəhimli və Tahirə Məğrura təqdim edilib.

Sonda AYB sədri, Xalq yazıçısı Anar laureatları təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Müşfiq ŞÜKÜRLÜ

 





19.05.2016    çap et  çap et