525.Az

Həmsədrlər xarici işlər nazirlərinə gələn həftə görüşməyi təklif ediblər


 

Həmsədrlər xarici işlər nazirlərinə gələn həftə görüşməyi təklif ediblər <b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə gələn həftə Parisdə görüşməyi təklif ediblər.

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak Fore məlumat verib.
 
Onun sözlərinə görə, vasitəçilər regiona növbəti səfərlərindən əvvəl nazirlərlə parisdə daha bir görüş keçirməyi planlaşdırırlar: “Tərəflərə öz təklifimizi göndərmişik və hələlik cavab gözləyirik”.
 
J.For qeyd edib ki, həmsədrlərin planına əsasən, əvvəlcə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrılıqda görüş keçiriləcək, sonra isə “3+2” formatında görüş olacaq.

 





18.02.2013    çap et  çap et