525.Az

Obamadan Netanyahuya sərt cavab


 

Obamadan Netanyahuya sərt cavab

ABŞ prezidenti Barak Obama Vaşinqtondan İranla bağlı "qırmızı cizgi" tələb edən İsrailin baş naziri Bünyamin Netanyahuya sərt cavab verib.

525.az TRT-yə istinadən məlumat verir ki, Obama Netanyahunun bu çağırışını "gurultu" kimi dəyərləndirib: "Milli təhlükəsizliyimizdən söhbət getdiyi zaman hiss etdiyim təzyiq yalnız Amerika xalqı üçün nəyin doğru olduğudur. Bunun xaricindəki gurultuları görməməzliyə vuracağam".

Bir televiziya proqramında açıqlama verən Obama apardığı Yaxın Şərq siyasətini tənqid edən və "Obama həm müttəfiqləri, həm də rəqibləri qarşısında gücsüzdür" deyən rəqibi Mit Romniyə də bu sözlərlə cavab verib: "Əgər yeni bir müharibə başlamağımızı təklif edirsə, bunu açıqca söyləsin".

 





25.09.2012    çap et  çap et