525.Az

Mübariz Qurbanlı İrana gedir


 

Mübariz Qurbanlı İrana gedir<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə bu ölkəyə səfər edəcək.
 
Komitənin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfər mayın 22-də baş tutacaq. Nümayəndə heyəti 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinə dair tədbirlər planına uyğun olaraq, Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında keçiriləcək “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərginin açılış mərasiminə qatılacaq.

Mayın 26-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasında dini sahədə mövcud əlaqələr və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
 
Eyni zamanda, Mübariz Qurbanlının İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin, Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub.

 





20.05.2016    çap et  çap et