525.Az

Amerika Günləri başa çatdı


 

Amerika Günləri başa çatdı<b style="color:red"></b> Azərbaycan Dillər Universitetində Bakıda keçirilən Amerika Günlərinin bağlanış mərasimi olub.
 
APA-nın xəbərinə görə, mərasimdə iştirak edən Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova universitet və ABŞ səfirliyinin birgə təşkil etdiyi Amerika Günləri çərçivəsində çoxsaylı tədbirlərin keçirildiyini bildirib.
 
ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stiven Qays Amerika Günlərinin Azərbaycanda elan olunan “Multikulturalizm ili” çərçivəsində təşkil olunduğunu deyib.
 
O bildirib ki, bu müddətdə ABŞ-dan gəlmiş rəqs qrupu, musiqi qrupu, DJ konsert verib, amerikalı fotoqrafın fotosərgisi təşkil olunub və amerikalı aşpazın hazırladığı yeməklər azərbaycanlılara təqdim edilib. O, ABŞ-dan gəlmiş qonaqların Azərbaycanın bölgələrində də çıxış etdiklərini söyləyib.
 
Daha sonra “Silver City Bound” qrupunun konserti keçirilib.
 
Qeyd edək ki, Amerika Günləri mayın 13-dən başlayıb.
 





20.05.2016    çap et  çap et