525.Az

Mübariz Mənsimov: “Heç bir məmurla iş ortaqlığım yoxdur”


 

Mübariz Mənsimov: “Heç bir məmurla iş ortaqlığım yoxdur”<b style="color:red"></b>

“Azərbaycan daxil olmaqla, dünyada heç bir dövlət rəhbəri və ya məmurları ilə birlikdə çalışmamışam. Onlar mənim dostlarım ola bilər, onlarla dostluq əlaqələrim ola bilər, amma onlarla heç bir ortaqlığım olmayıb və olmayacaq da”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinə müsahibəsində azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib.

O, qeyd edib ki, 2012-ci il şirkət üçün uğurlu il olub. O, keçən il onlar 127 milyon ton xam benzin daşıdıqlarını, bu isə bu rəqəmi 135 milyon düşündüklərini qeyd edib.

Türkiyədən başqa heç bir yerə getməyəcəyini bildirən M. Mənsimov eyni zamanda türk vətəndaşı olduğunu da vurğulayıb.

“Hər ölkədə gəmi daşımaları və enerji ilə məşğul oluruq. Amma Azərbaycanda fərqli bir sahəmiz də var. Belə ki, orada qida sahəsində daha çox inkişaf etmişik. “PALsüd” brendi Azərbaycanda 65 faiz paya sahibdir.  Buranın ən yuxarı idarəçiləri Türkiyədən “Pinar”, “Ülkər”, “Sütaş” markalı şirkətlərdən olanlardır”.

M. Mənsimov avtomobil həvəskarı olması barədə məlumatlara da münasibət bildirib: “Bu məlumat yanlışdır.  Guya, 5 ildə bir avtomobil dəyişdirirəm. Hazırda «Range Rover» istifadə edirəm və hətta sürücüm də yoxdur, özüm sürürəm. Avtomobil kolleksiyam yoxdur, amma balaca bir qarajım var. Köhnə maşınları sevirəm. Harda evim varsa, orada bir avtomobilim olur. Hardasa 10-11 maşınım, 5 gəmim var”.

 





18.02.2013    çap et  çap et