525.Az

Meksikada Azərbaycan Kinosu Günləri


 

Meksikada Azərbaycan Kinosu Günləri <b style="color:red"></b> Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu Günlərinin açılışı olub.
 

Azərbaycanın Meksikadakı səfirliyindən 525.az-a verilən məlumata görə, tədbir Meksika Milli Film Arxivinin, Azərbaycanın Meksikadakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
 
Mayın 26-dək davam edəcək kino günləri çərçivəsində ümumilikdə 7 film - “Arşın mal alan”, “O olmasın bu olsun”, “Yarasa”, “Özgə vaxt” “Çölçü” “Nabat” və “Axınla aşağı” bədii filmləri tamaşaçılara təqdim ediləcək. Meksika Milli Film Arxivinin Proqramlama üzrə direktoru Nelson Karro Meksikada ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Meksika kinosu böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun dünyada populyarlaşmasının əsas səbəbidir. O, Azərbaycan filmlərinin Meksikada uğurla nümayiş olunacağına əminliyini ifadə edib.
 
Bütün iştirakçılara minnətdarlığını bildirən səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova keçirilən kino günlərinin əhəmiyyətindən söz açaraq bildirib ki, bu hadisə iki ölkə arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Həmçinin qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən, özünəməxsus adət və ənənələri yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Azərbaycanın qərblə şərq arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu vurğulayan xanım Səmədova müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasından və bunun xalqımızın tarixində mühüm bir hadisə olmasından bəhs edib.
 
 Daha sonra “Arşın mal alan” filmi nümayiş olunub. Film meksikalı tamaşaçılar tərəfindən diqqətlə izlənildi və alqışlarla qarşılanıb. Filmin nümayişindən sonra qonaqlara ölkəmizin milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.
 
Xatırladaq ki, Azərbaycan filmləri ispan dilində subtitrlə nümayiş olunur. Subtitrlər Meksika Milli Film Arxivi tərəfindən ispan dilinə tərcümə edilib.
 





21.05.2016    çap et  çap et