525.Az

Fəxrəddin Qəhrəmanlının fərdi sərgisi


 

Fəxrəddin Qəhrəmanlının fərdi sərgisi <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  “Rəssamlıq” fakültəsinin baş müəllimi, Rəssamlar İttifaqının üzvü Fəxrəddin Qəhrəmanlının Azərbaycan Rəssamlar İttifaqında “Bahar” adlı fərdi yaradıcılıq sərgisi keçirilib. 

İncəsənət Universitetindən verilən məlumata görə, sərgidə yağlı boya və sulu boya ilə işlənmiş 60-a qədər müxtəlif mövzularda əsərlər təqdim olunub.
 
Universitetin rektoru Fərəh Əliyeva, müəllim və tələbə heyəti, Rəssamlar İttifaqının üzvləri, gənc rəssamlar, sənətsevərlərin iştirak etdiyi sərginin açılışında Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, heykəltəraş Xanlar Əhmədov, Əməkdar incəsənət xadimi Arif Əziz, Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov və  ADMİU-nin professoru Rafiq Sadıqov çıxış ediblər.
 
F.Qəhrəmanlının müəllifi olduğu əsərlər sərgidə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Vəfa MƏMMƏDLİ

 





21.05.2016    çap et  çap et