525.Az

Rusiyada milyonçular arasında azərbaycanlı da var


 

Rusiyada milyonçular arasında azərbaycanlı da var<b style="color:red"></b>

Rusiyada zənginlərin sayı 2013-cü ildə 131 nəfərə çataraq ölkə tarixində rekord göstərici təşkil edib. Bunu araşdıran CEO şirkəti hesablayıb ki, 1 il ərzində şimal qonşumuzda milyonçuların sayı 11 nəfər artıb.

Belə ki, 2012-ci ildə Rusiyada sərvəti milyarddan artıq olan 120 iş adamı yaşayıb. 2011-ci ildə isə onların sayı 114 nəfər olub. Milyonçuların ən az sayı 2009-cu ildə qeyd alınıbmış- cəmi 49 nəfər. 2008-ci ildə milyonçuların 101, 2010-cu ildə isə 77 nəfər olduğu müəyyən olunub.

Bundan başqa, bu ilsə sərvəti milyard dolları aşan zənginlərin sayı da artıb. 2013-cü ildə bu göstərici 147 milyard dollar təşkil edib.

CEO-nun versiyasına görə, Rusiyanın ən varlı adamı “Metalloinvest”in sahibi Alişer Usmanovdur. Baxmayaraq ki, keçən il onun sərvəti 8% azalıb, lakin onun sərvəti hazırda 19 milyard dollar təşkil edir. usmanov Bloomberg və Forbes-in də siyahılarında liderdir.

Rusiyanın ikincisi "Novolipetsk" metallurgiya kombinatının İdarə Heyətinin sədri Vladimir Lisindir. Onun kapitalı 17 milyard dollar hesablanıb.

3-cü “Renova”nın sahibi Viktor Vekselberq (15,94 milyard dollar), onun ardınca “Alfa-qrupp”un rəhbəri Mixail Fridmandır (15,32 mlrd dollar). Mixail Proxorov 15,25 milyard dollarla 5-ci yerdə qərarlaşıb.

Rusiya zənginlərinin ilk onluğuna azərbaycanlı iş adamı “LUKOİL” şirkətinin rəhbəri Vahid Ələkbərov da (12,03 milyard dollar) daxil edilib.

 





18.02.2013    çap et  çap et