525.Az

Qazaxıstanın Azərbaycandakı səfirinin fəaliyyət müddəti başa çatıb


 

Qazaxıstanın Azərbaycandakı səfirinin fəaliyyət müddəti başa çatıb<b style="color:red"></b> Elmar Məmmədyarov Serik Primbetovu qəbul edib
 
Fevralın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Qazaxıstan səfirinin fəaliyyətini və Azərbaycan-Qazaxıstan münasibətlərinin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
 
Elmar Məmmədyarov səfir Serik Primbetova gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə iki ölkə arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasından və iqtisadi-ticari əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Serik Primbetov ölkəmizdən xoş təəssüratlarla ayrıldığını və ölkəsinin Azərbaycanla münasibətlərin genişlənməsində maraqlı olduğunu söyləyib.
 





18.02.2013    çap et  çap et