525.Az

Van Qal getdi, Mourinyo gəlir


 

Van Qal getdi, Mourinyo gəlir<b style="color:red"></b>

"Mançester Yunayted" baş məşqçisi Lui van Qalla yollarını ayırıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi 64 yaşlı mütəxəssislə müqaviləni ləğv edib.

Bu səbəbdən "qırmızı şeytanlar"ın hollandiyalı mütəxəssisə 6,5 milyon avro təzminat ödəyəcəyi bildirilir. Van Qalı "Çelsi"nin sabiq çalışdırıcısı Joze Mourinyonun əvəzləyəcəyi gözlənilir.

Britaniya mətbuatının yazdığına görə, Mourinyo "Mançester Yunayted"lə 5 illik müqavilə imzalayacaq və portuqaliyalı mütəxəssis yeni komandasında ilinə 15 milyon avro qazanacaq.

Qeyd edək ki, 2014-cü ildə "Mançester Yunayted"lə 3 illik müqavilə imzalayan van Qalın komandası ötən mövsüm Premyer Liqada 5-ci olsa da, Federasiya kubokunu qazanıb.

Onun komandadan göndərilməsi ilə bağlı xəbərin rəsmən açıqlanacağı gözlənilir.

 





23.05.2016    çap et  çap et