525.Az

Göyçayda kitab bayramı


 

Göyçayda kitab bayramı <b style="color:red"></b>

Göyçay rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə kitab bayramı keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik ediblər. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyi, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığı, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyi bildirilib.

Kitab sərgisində “Heydər Əliyev-93”, “2016-cı il Multikulturalizm ilidir”, “İlin yubilyarları”, “Göyçay şəhidləri”, ”Şəhidlər ölməz-Vətən bölünməz” adlı guşələrdə kitablar sərgilənib.

Bayram iştirakçıları sərgi ilə yaxından tanış olub, bədii qiraətçilərin çıxışlarını, uşaq musiqi məktəbi şagirdlərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. Elektron kitablar, sərgi və fotostendlər də tədbir iştirakçılarında maraq doğurub.

 





23.05.2016    çap et  çap et