525.Az

Təyyarə fiaskosu: Sarkisyanın simasızlığının "göydə" təsdiqi


 

Təyyarə fiaskosu: <b style="color:red">Sarkisyanın simasızlığının "göydə" təsdiqi</b>

Ermənistanın dövlət başçısı Serj Sarkisyan Vyana görüşündən qayıdarkən, təyyarədə erməni jurnalistlərin suallarını cavablandırıb. Vəziyyəti aydınlaşdırmaq əvəzinə, o, özünü daha xoşagəlməz duruma salıb.

Erməni lider, faktiki olaraq, indiyə qədər fasiləsiz yalan danışdığını, içində bir xainliyin və xofun olduğunu nümayiş etdirib. Hətta erməni ekspertlər onun bu xüsusiyyətlərini sübut edən faktlardan da yazıblar. S.Sarkisyanın ən böyük səhvlərindən biri isə Azərbaycan tərəfini "sözünə əməl etməməkdə", "etibarsızlıqda" ittiham etməsi olub. Aprel ayındakı "4 günlük müharibə"nin ağırlığı altında qaçıb Angela Merkelin ətəyinin altında gizlənən S.Sarkisyan təyyarədə bir "döyüşkən şirə" bənzəməyə çalışıb. Ancaq onun dediklərinin məntiqi və məzmunu şirlikdən yox, tülkülükdən xəbər verir. Çünki təyyarədə ifadə etdikləri ilə cəmi bir neçə həftə əvvəl, ayağı yerdə olarkən, İrəvanda İctimai Şura üzvlərinə dedikləri arasında ciddi fərqlər var. Aciz prezidentin özü də bilmir ki, dediklərinin hansı düzdür – azərbaycanlılar demişkən, "gah nala vurur, gah da mıxa"!

Separatçılıqdan siyasətə qədər: dəyişməyən mənəviyyatsızlıq kodları

Yalançı hər yerdə yalançıdır; istər yerdə olsun, istər göydə. Xainliyin və qorxaqlığın da konkret məkanı yoxdur – dünya genişdir. Haqsız olmaq isə daha acınacaqlıdır, çünki onun bu dünyada heç yeri yoxdur. Şərəfsizlik onu yerdə də, göydə də yaxalaya bilər. Serj Sarkisyan bu dəfə "göydə" – təyyarədə yalanı və xainliyi ilə yaxalandı. Bunu bir sıra erməni eksperti yazır (bax: məs., Акоп Бадалян. Где в Вене рассматривался вопрос территорий? / "Lragir.am", 18 may 2016 və Егиазар Айнтабци. Почему отступил Серж Саргсян / "1in.am", 18 may 2016).

Ermənistan prezidenti Vyana görüşündən sonra İrəvana qayıdarkən, təyyarədə erməni jurnalistlərə müsahibə verib. Guya dəyərli bir dövlətin layiqli başçısıdır. Ancaq onun təyyarədə dedikləri siyasi kimliyini bir daha ortaya qoydu. Ekspertlər S.Sarkisyanın danışdıqlarının yalan və əsassız olduğunu faktlarla sübut edirlər. Doğrudan da, bir siyasətçi üçün çox utandırıcı vəziyyətdir. Təsəvvür edin ki, erməni ekspert S.Sarkisyana sual edir ki, "təyyarədə dediklərinlə İrəvanda prezident iqamətgahında İctimai Şura üzvləri ilə görüşdə söylədiklərin uyğun gəlmir. Həqiqət haradadır?" (bax: Егиазар Айнтабци. Почему отступил Серж Саргсян / "1in.am", 18 may 2016).

Ekspert konkret misal göstərərək, yazır ki, bir neçə həftə əvvəl ölkənin birinci şəxsi İctimai Şura üzlərinə deyib ki, "biz qalib gəldik (aprel ayında Ermənistan ordusunun aldığı ağır zərbəni nəzərdə tutur – Newtimes.az) və bu qələbəni sona qədər davam etdirəcəyik" (bax: əvvəlki mənbəyə). Vyanadan qayıdarkən isə təyyarədə "qələbə" əvəzinə "silahlı qüvvələr qarşıya qoyulan vəzifəni yerinə yetirdi" ifadəsini işlədib.

Təbii ki, "qələbə" ilə qeyri-müəyyən "vəzifəni yerinə yetirmək" fərqli şeylərdir. Həm də ikinci fikir əsassızdır. Çünki, birincisi, Azərbaycan Ordusu bir neçə strateji yüksəklik və kəndi azad edib. İkincisi, əgər erməni ordusu öz vəzifəsini yerinə yetirmişdisə, onda nəyə görə 3 yüksək vəzifəli general işindən qovuldu? Hansı səbəbdən S.Sarkisyan müharibədən dərhal sonra öz mövqelərini qoyub qaçan əsgərlərin cəzalandırılması haqqında tapşırıq verib? Dağlıq Qarabağdan qaçan erməniləri milis niyə zorla, hətta döyə-döyə geri qaytarırdı?

Bunlardan başqa, Ermənistan rəhbərliyi səfərbərlik elan edərək hansı səbəblərdən 60 yaşlı veteran "döyüşçüləri", qızları və Əsgəran çobanlarını orduya çağırmışdı? Əgər Ermənistan ordusu "qəhrəmanlığa qadirdirsə", nəyə görə Avropadakı təcrübəli qatil kimi tanınan erməni terrorçulardan qrup düzəldib, döyüş bölgəsinə atırdılar? Azərbaycan tərəfdən şanlı komandoslarımızdan başqa heç kimsə savaşa buraxılmadı.

Dünyanın bütün guşələrindən azərbaycanlı gənclər ölkə Prezidentindən müharibəyə göndərilmələrini xahiş etdilər. Lakin Azərbaycan artıq peşəkar və döyüş əməliyyatını özünün apara biləcəyi Orduya sahibdir. Ermənistan kimi ordan-burdan yığılan adamlara ehtiyacı yoxdur. Lazım gəlsə, səfərbərlik də peşəkar müharibə aparmağın qaydaları çərçivəsində həyata keçiriləcək.

Sarkisyanın "peşəkar döyüşçüləri": Əsgəran çobanları, ixtiyarlar və... qızlar

Serj Sarkisyanın "peşəkar döyüşçüləri" və komandosları kimlərdir – yuxarıda vurğuladığımız kimi, Əsgəran çobanları, qoca kişilər və bir də qızlar. KİV-də yayılan fotolardan görünür ki, yaşlı ermənilər güclə 5-10 kiloluq girləri beli əyilə-əyilə qaldırır. Bir şəkildə isə qoca erməni kişisi avtomatı kənara qoyub dərdli-dərdli düşünür. Yəqin, S.Sarkisyanı ürəyində söyüb, "bizi bu bataqlığa niyə saldın", – deyə fəryad edir.

Ekspertlər S.Sarkisyandan onu da soruşurlar ki, İrəvanda qələbədən danışırsan, Vyanada isə deyirsən ki, "Azərbaycan 800 hektar torpaq sahəsini aprel müharibəsində geri qaytarıb" (bax: Акоп Бадалян. Где в Вене рассматривался вопрос территорий? / "Lragir.am", 18 may 2016). Deməli, bu Qarabağ separatçısı yalan danışır.

Erməni ekspertlər sırasında bütün bunları ümumiləşdirərək, rəsmi İrəvanın məzmunca "kəndçi siyasəti", yəni peşəkarlıqdan, məntiqdən, sistemlilikdən uzaq bəsit siyasət apardığını açıq yazanlar var. Məsələn, erməni analitik İqor Muradyan yazır: "Ermənistan siyasətində kəndçi stili hələ kommunistlərin zamanından başlamışdı və L.Ter-Petrosyan rejimi tərəfindən də təsdiq olundu (oxu: davam etdirildi – Newtimes.az). Sonra hakimiyyətə "klassik" kəndçilik gəldi ki, bu da Ermənistanı birdəfəlik dalana saldı" (bax: Игорь Мурадян. Где провален Русский проект / "Lragir.am", 17 may 2016).

Bizcə, maraqlı qiymətləndirmədir. S.Sarkisyanın təyyarədə danışdıqları da məhz "klassik" kəndçi siyasətinin bariz nümunəsidir. Söylədikləri yalanlarla yanaşı, münaqişənin gedişatı ilə bağlı ifadə etdiyi böhtan fikirlər də bu aspektdə "klassik kəndçi siyasəti" kontekstinə tam uyğundur. Belə ki, qeyri-ardıcıl, məntiqsiz, əvvəl söylədiklərini təkzib edib, qarşı tərəfi "verdiyi sözə əməl etməməkdə" ittiham etməyin başqa anlamı yoxudur.

Azərbaycan rəhbəri hansı sözünə əməl etməyib? Prezident həmişə deyib ki, "İrəvan tarixi Azərbaycan torpağıdır", "təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır", "torpaqlar azad edilib, məcburi köçkünlər öz evlərinə qayıdandan sonra biz Ermənistanla münasibətlərə yenidən baxa bilərik", "Ermənistanın hər bir hərbi təxribatına layiqincə cavab veriləcək"! İlham Əliyev bunların hansına əməl etməyib? Hamısına dəqiqliklə əməl edir. Azərbaycan tərəfi atəşkəs rejiminin bütün şərtlərini gözləyir, lakin düşmənin həyasız aqressivliyini də cavabsız buraxmır.

S.Sarkisyan düşünür ki, dinc azərbaycanlılara "Qrad" atmaq olar, topların atəşi altına salmaq mümkündür, iriçaplı silahlardan onları qətlə yetirmək "atəşkəs rejiminin şərtlərinə uyğundur", ancaq Azərbaycan Ordusunun bütün bu yaramazlıqlara, insanlıq anlayışından kənarda olan həyasızlığa cavab verməsi "sözünə əməl etməməkdir"? Hər şeyin bu dünyada bir həddi var, ancaq, deyəsən, ermənilərin ağaları onları tamamilə normal insan psixologiyasından uzaqlaşdırıblar. Əgər bir dövlətin başçısı bu cür səviyyəsiz və ən əsası, ədalətsizcəsinə yalan danışırsa, onda onun rəhbərlik etdiyi ölkənin cəhənnəmə çevrilməsi günü uzaqda deyil. Allah götürməz!

Təsəvvür edin ki, keçən əsrin 90-cı illərində kənar qüvvələrin birbaşa yardımı ilə, müharibənin qanunlarına əməl etmədən, qaçaq-quldur, terrorçu üsulu ilə Xocalıda, Şuşada, Ağdamda, Füzulidə və başqa bölgələrimizdə qətliam törədib, torpaq işğal edəsən, sonra da ona "vətən torpağı" adını qoyasan! Üstəlik, o torpaqların əsl sahibləri onları azad etmək üçün savaşa atılanda, onları "aqressor" adlandırasan və özünü elə aparasan ki, guya həmin torpaqlardan alver üçün istifadə etmək olar – "status əvəzinə torpaqların bir qisminin qaytarılması" kimi əsassız formul təklif edəsən.

S.Sarkisyanın Vyanadan qayıdarkən, təyyarədə söylədiklərindən bu iyrəncliklər yağırdı. Ancaq onu və tərəfdarlarını artıq heç nə və heç kimsə xilas edə bilməyəcək. S.Sarkisyan gec və ya tez ədalət mühakiməsi qarşısında dayanacaq. Ancaq o zaman hətta havadarlarının belə Serj Sarkisyanı "Homo sapiens" adlandıracaqlarına ciddi şübhələr vardır.

Newtimes.az

 





23.05.2016    çap et  çap et