525.Az

"Biz Saltkrok adasındayıq" təqdim edildi - Fotolar


 

"Biz Saltkrok adasındayıq" təqdim edildi - <b style="color:red">Fotolar</b>

Mayın 22-də "İçərişəhər" kitab kafesində məşhur İsveç yazıçısı Astrid Lindqrenin ilk dəfə 1976-cı ildə Azərbaycan oxucusuna təqdim olunan "Biz Saltkrok adasındayıq" romanının təqdimatı olub.

525.az-ın verdiyi məlumata görə, "Facebook"dakı "Kitabsevərlər" qrupunun 11-ci nəşri olan əsər bu dəfə oxuculara latın qrafikasında təqdim edilib.

Anşlaqla keçən təqdimat mərasimində ədəbiyyat adamları, müxtəlif yaş təbəqələrindən olan oxucular, tələbə və şagirdlər iştirak ediblər.

Məlumat üçün əlavə edək ki, kitab elə təqdimat günü bitib.

Qrupdan 525.az-a bildirilib ki, yaxın günlərdə yeni nəşr oxuculara təqdim ediləcək.

Cavid QƏDİR

























 





23.05.2016    çap et  çap et