525.Az

Qarabağ problemi ilə bağlı Bolqarıstanda tədbir


 

Qarabağ problemi ilə bağlı Bolqarıstanda tədbir<b style="color:red"></b>

Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ probleminin bolqar cəmiyyətində işıqlandırılması” mövzusunda tədbir keçirilib.

BSU-dan 525.az-a verilən məlumata görə, tədbirin aparıcısı Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska mövzu barədə danışıb.

Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycan həqiqətlərini Bolqarıstan cəmiyyətinə çatdırmaqdır. Bu yığıncaq da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin sözügedən problemin obyektiv işıqlandırılması istiqamətində keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir.

Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova iştirakçılara Qarabağın tarixi, onun Ermənistan tərəfindən işğalı, qaçqın və köçkün həmvətənlərimiz haqqında ətraflı məlumat verib.

Görüş çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Prezident İlham Əliyevin çıxışından Dağlıq Qarabağla bağlı hissə, “Ermənistan terrorizmi” və “Xocalı soyqırımı” sənədli filmlərindən parçalar nümayiş olunub, cəbhədəki son hadisələrlə bağlı məlumat verilib.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı Səfirliyin nümayəndəsi Mahir Cəfərov da iştirak edib.

Sonda Sofiya Universitetinin müəllim və tələbələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.

 





24.05.2016    çap et  çap et