525.Az

Qiqqz də "Mançester Yunayted"dən gedir


 

Qiqqz də "Mançester Yunayted"dən gedir <b style="color:red"></b>

"Mançester Yunayted"in məşqçisi Rayan Qiqqz İngiltərə klubundan ayrıla bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əgər klubda yeni baş məşqçi vəzifəsinə Joze Mourinyo təyin edilsə, R.Qiqqz "Mançester Yunayted"dən gedəcək.

Qeyd edək ki, R.Qiqqz "MY"nın sabiq baş məşqçiləri Lui van Qal və David Moyesin köməkçisi vəzifəsində işləyib.

Əlavə edək ki, İngiltərə klubunun J.Mourinyo ilə müqavilə imzalayacağı gözlənilir.

 





24.05.2016    çap et  çap et