525.Az

Luçesku "Zenit"lə razılığa gəldi


 

Luçesku "Zenit"lə razılığa gəldi<b style="color:red"></b>

"Şaxtyor"un sabiq baş məşqçisi Mirça Luçesku "Zenit"lə razılığa gəlib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, razılaşmaya əsasən, rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Onun yeni klubunda illik 5 milyon avro qazanacağı iddia edilir.

Qeyd edək ki, "Zenit"in yaxın günlərdə M.Luçesku ilə müqavilə imzaladığı rəsmən açıqlayacağı gözlənilir.

 





24.05.2016    çap et  çap et