525.Az

Şarapova BMT-nin xoşməramlı səfiri adından məhrum edildi


 

Şarapova BMT-nin xoşməramlı səfiri adından məhrum edildi<b style="color:red"></b>

BMT məşhur rusiyalı tennisçi Mariya Şarapovanı BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri adından məhrum edib.

BMT-nin Bakıda ofisindən "Report"a verilən məlumata görə, təşkilat xanım idmançıya işlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

"Bir neçə rusiyalı idmançının, o cümlədən M.Şarapovanın adının dopinqdən istifadədə hallandığı bu məqamda tennisçi haqqında aparılan istintaq müddəti ərzində tədbirlərdə xoşməramlı səfir kimi iştirak edə bilməyəcək", - BMT İP-nin məlumatında deyilir.

 





24.05.2016    çap et  çap et