525.Az

Jan Mişel Baskiyanın avtoportreti 57,3 milyon dollara satılıb


 

Jan Mişel Baskiyanın avtoportreti 57,3 milyon dollara satılıb<b style="color:red"></b>

Dünya şöhrətli amerikalı rəssam Jan Mişel Baskiyanın ən məşhur rəsm əsərlərindən sayılan avtoportreti “Christie's” hərracında 57,3 milyon dollara satılıb.

AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, bu, rəssamın əsərləri üçün ödənilmiş rekord məbləğ olaraq tarixə düşüb.

1982-ci ildə yaradılmış avtoportretin maksimum 40 milyon dollara satılacağı güman olunurdu. Rəssam sənət əsərlərini evlərin divarlarına çəkməklə yanaşı, küçə sənətini qalereyalara gətirərək məşhurlaşıb.

Qeyd edək ki, “Christie's” hərracında baş tutan satışlardan 318,4 milyon dollar gəlir əldə olunub.

Hərracda Jan Mişel Baskiyadan əlavə, dünya şöhrətli rəssamlar Mark Rotko, Klifford Still və başqalarının da əl işləri satılıb.

 





24.05.2016    çap et  çap et