525.Az

Fərəc Kərimlinin cəzası azaldıldı


 

Fərəc Kərimlinin cəzası azaldıldı<b style="color:red"></b>

Ali Məhkəmədə Fərəc və Sirac Kərimli qardaşlarının kassasiya şikayətlərinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə Sirac Kərimlinin şikayətini təmin etməyib. F. Kərimlinin ittiham olunduğu 234.4.3-cü maddə isə  234.1-ci maddəyə tövsif edib və onun cəzasını 3 ilə endirilib.

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddərtinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
 
S.Kərimli 17 mart 2016-cı il tarixində əvf olunub. O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.

 





24.05.2016    çap et  çap et