525.Az

Qan tədarükü 4 dəfə artıb


 

Qan tədarükü 4 dəfə artıb<b style="color:red"></b> “6 il ərzində Azərbaycanda qanın tədarükü təxminən 4 dəfə artıb”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
 
O qeyd edib ki, 7 il əvvəl ölkədə 7,5 ton qan tədarük olunurdusa, indi 30 tondan artıq qan tədarük olunur:

“Qan bankının informasiya sistemi vasitəsilə donorların, qan xidmətinin işinə mərkəzdən nəzarət etmək imkanımız var. İnformasiya sitemlərinin tətbiqi isə statistik rəqəmləri dəqiqləşdirə bilməyimizə imkan verir”.
 





24.05.2016    çap et  çap et