525.Az

Bahar Muradova Qazaxıstana gedir


 

Bahar Muradova Qazaxıstana gedir<b style="color:red"></b> Azərbaycan Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın parlament Senatı rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün mayın 29-dan iyunun 1-dək bu ölkədə  səfərdə olacaq.
 
Parlamentdən APA-ya verilən məlumata görə, Astanada keçiriləcək toplantıda B. Muradova mövzu ilə əlaqədar çıxış  edəcək, Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi  münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açacaq.
 





24.05.2016    çap et  çap et