525.Az

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini davam etdirir


 

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini davam etdirir<b style="color:red"></b>

Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə rayon mədəniyyət evində əvvəlcə geniş maarifləndirmə tədbiri keçirilib.

DMX-nın mətbuat xidmətindən "525"ə verilən məlumata görə,  maarifləndirmə tədbirində ölkəmizə gələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi üçün görülmüş işlər barədə danışılıb, ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurlardan bəhs edilib, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb. 

Maarifləndirmə tədbirindən sonra səyyar xidmət təşkil edilib. Keçirilən tədbirdə iştirak edən 360 nəfərdən 319 şəxs səyyar xidmətin imkanlarından istifadə edib. Onlardan 220 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 nəfərindən  Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, əcnəbi və ya vətəndaşlığı olmayan 2 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Həmçinin 3 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 27 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 65 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən, iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Şəkidə isə regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının 50-dən çox nümayəndəsinin iştirakı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatlarının aparılmasına həsr olunan tədbir keçirilib. Bildirilib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir.

SAMİRƏ

 





24.05.2016    çap et  çap et