525.Az

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd ediblər


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd ediblər<b style="color:red"></b>

Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin kollektivi əvvəlcə Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin kollektivi əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Daha sonra Şəhidlər Xiyabanında ölkənin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.

Nazir Hüseyn Bağırov prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini, yeni-yeni layihələrin həyata keçirildiyini bildirib və qarşıda duran vəzifələr, perspektiv planlar barədə məlumat verib.

H.Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində nazirliyin fərqlənən əməkdaşlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif edib.

Tədbirin sonunda nazirliyinin kollektivi adından prezident İlham Əliyevə müraciət qəbul olunub.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Vəfa MƏMMƏDLİ

 





24.05.2016    çap et  çap et