Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Sumqayıtda baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb.