525.Az

BDU-da Ceyhun Hacıbəyliyə həsr olunmuş konfrans


 

BDU-da Ceyhun Hacıbəyliyə həsr olunmuş konfrans <b style="color:red"></b> Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə “Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfrans keçirilib.


BDU-dan 525.az-a verilən məlumata görə, konfrans “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli sərəncamının icrasından irəli gələn vəzifələri yerinə yetirmək məqsədi daşıyıb.
 
Tədbiri giriş sözü ilə açan BDU-nun Jurnalistika fakültəsinin dekanı, MŞ-nın İdarə Heyətinin üzvü, professor Şamil Vəliyev bildirib ki, dövlət başçısının sərəncamı dahi mütəfəkkir C. Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı çağdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək baxımından son dərəcə əhəmiyyətli sənəddir.
 
Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov C. Hacıbəyli şəxsiyyətinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan bəhs edib. O qeyd edib ki, C. Hacıbəylinin jurnalist kimi fəaliyyəti daha önəmlidir.
 
Millət vəkili Aqil Abbas, BDU-nun jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu və başqaları C. Hacıbəylinin şəxsiyyətinin elmi-məfkurəvi cəhətlərinə, onun keçdiyi həyat yolundakı mübarizlik xüsusiyyətlərinə diqqət çəkiblər.
 
Tədbirdə həmçinin C. Hacıbəyli haqqında tələbələrin hazırladığı film də nümayiş etdirilib.
 





24.05.2016    çap et  çap et