525.Az

Gəncəyə güclü yağış yağıb


 

Gəncəyə güclü yağış yağıb<b style="color:red"></b> Bu gün saat 15 radələrində Gəncəyə qısa müddətli yağan dolu sonra güclü yağış və küləklə əvəzlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, güclü yağış şəhər təsərrüfatına ziyan vurmasa da, bəzi tikililərin zirzəmilərinə su dolub.

Gəncə şəhər Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çəkən avtomobilləri hazırda su dolan zirzəmilərdə işləyir.
 
Təhlükəsizlik məqsədi ilə şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaransa da, artıq şəhərdə enerji təminatı bərpa olunub.
 





24.05.2016    çap et  çap et