525.Az

"Suriya yeni Əfqanıstan olmayacaq"


 

"Suriya yeni Əfqanıstan olmayacaq"<b style="color:red"></b> "Rusiya Federasiyasınn Suriyadakı əməliyyatı dəqiq hərbi plana əsaslanır və heç vaxt yeni Əfqanıstan olmayacaq".
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov deyib.

O bildirib ki, hərbi əməliyyatların əsas vəzifəsi siyasi dialoqun başlanmasnı təmin etmək idi:
 
“Razılığa gəlmək lazımdır. Yalnız kompromislərin hesabına razılıq əldə etmək mümkündür. Biz suriyalı deyilik, biz Suriya üçün mübarizə aparmayacağıq. Onlar bütün məsələləri özləri həll etməlidirlər. Biz yardım edirik, lakin özünüz görürsünüz necə məhdud formada. Onlar bütün məsələləri özləri həll etməlidirlər”.
 
Y. Lukyanovun sözlərinə görə, terrorçulara qarşı əməliyyat müddətində 33 min silahlı məhv edilib ki, onlardan 5 mini koalisiya qüvvələri tərəfindən zərərsizləşdirililib.
 





24.05.2016    çap et  çap et