525.Az

"İŞİD"in "paytaxtı"na hücum başladı


 

"İŞİD"in "paytaxtı"na hücum başladı<b style="color:red"></b> Suriyada "İŞİD" terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün bu gün günorta saatlarında hərbi əməliyyatlara başlanılıb.
 
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, “Əhrar Rakka” və “Liva Təhrir” briqadaları tərəfindən aparılır.
 
Koalisiya qüvvələrinin hərbi əməliyyatlara havadan dəstək verəcəyi bildirilib.
 
Hücuma Kobani şəhərinin cənubundan başlanılıb. İlk hədəf kimi Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb.
 





24.05.2016    çap et  çap et